ABŞ və Beynəlxalq terrorizm problemi
ABŞ və Beynəlxalq terrorizm problemi
Dərs vəsaitində assimmetrik təhdid mənbəyi olan beynəlxalq terrorçuluq fenomeni, ABŞ-ın ona qarşı ikitərəfli və çoxtərəfli mübarizə doktrinasının mahiyyəti, məzmunu və forması araşdırılmış, onun tətbiqi istiqamətləri və reallaşdırılması mexanizmləri tədqiq olunmuşdur.
Kitabda rəsmi Vaşinqtonun həm 11 sentyabr terror aktlarına cavab olaraq atdığı addımların, həm də Əfqanıstanda və İraqda həyata keçirdiyi antiterror müharibə kursunun siyasi analizi verilmişdir.
ABŞ-ın terrorçuluq əleyhinə siyasətinin İran vektoru və Azərbaycanın beynəlxalq antiterror koalisiyasında iştirakı məsələləri də dərs vəsaitində elmi təhlil süzgəcindən keçirilmişdir.
Dərs vəsaiti müəllimlər, tələbələr, diplomatlar, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.