Top gurultusu altında diplomatiya
Top gurultusu altında diplomatiya
BMT TŞ-nin Qarabağ qətnamələri: gizlinlər və həqiqətlər
Kitab müasir Azərbaycanın tarixindəki ilk diplomatik missiyadan – Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən və onun 1992-1993-cü illərdəki fəaliyyətindən bəhs edir. Bir diplomatın xatirələri kimi təqdim olunan əsərdə missiyanın təşəkkül dövründə qarşıya çıxan çətinliklərdən, formalaşma prosesindən və iş prinsiplərinin müəyyən edilməsindən, dramatik hərbi-siyasi hadisələrin doğurduğu mürəkkəb proseslərə layiqincə cavab vermək istiqamətindəki səylərindən söz açılır. Missiyanın əsas xüsusiyyəti onun ilk gündən öz vəzifəsinin icrasını Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı arası kəsilməyən təcavüzü şəraitində davam etdirməsində idi. Beləliklə, Azərbaycanın BMT-dəki missiyasının bütün diplomatik fəaliyyəti topların gurultusu altında keçmişdi. Bu kitab BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ilk bəyanat və qətnamələrinin hansı çətinliklərlə hazırlanması və qəbul olunması haqdadır. Kitab gənc, suveren Azərbaycan dövlətinin beynəlxalq arenaya dramatik hadisələrlə müşayiət olunan gəlişi prosesinin təfərrüatlarını anlamağa kömək edəcək.
Azərbaycan dilində
ISBN: 9789952563351
544 səhifə
Yumşaq üz qabığı
Ölçü: 148x210 mm