Sivilizasiyaların toqquşması
Sivilizasiyaların toqquşması
Samuel Hantinqtonun ilk dəfə SSRİ-nin dağılmasından sonra nəşr edilən “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” kitabı dünya xalqlarının mədəni təsir sferaları və yaxud “sivilizasiyalar” əsasında yenidən qruplaşacağını hələ xeyli əvvəlcədən uzaqgörənliklə xəbər verib. Qlobal siyasət çox kəskin və provokativ olan bu kitabda mükəmməl şəkildə analiz olunur. Əsər sivilizasiyaların geosiyasətin hərəkətverici qüvvəsi kimi ideologiyaları necə əvəzlədiyini ətraflı izah edir. Hazırda beynəlxalq münasibətlərə dair klassik əsərlərdən birinə çevrilmiş kitab ABŞ-ın xarici siyasətini başa düşmək üçün çap olunduğu ilk vaxtlarda olduğu kimi bu gün də əvəzedilməz və qiymətli mənbədir.
“İntellektual güc göstəricisi: cəsur, zəngin təxəyyüllü və provokativ... Beynəlxalq münasibətlərə dair anlayışlarımızda inqilabi dəyişikliklərə səbəb olacaq çox vacib kitabdır...”
Zbiqnev Bjezinski
“Bu kitab ideyalar, mükəmməl xatırlatmalar, öyrənilməli dərslər, xüsusən də bildiklərimizi yeni və provokativ formada göstərmək bacarıqları ilə doludur”.
Maykl Elliot,“Washington Post Book World”
“Bizi həmişə düşündürən suallar haqda elmi mühakimələr yürütmək üçün nümunəvi kitabdır. Biz tarixdə harada dayanırıq? Taleyimizə hansı gözəgörünməz güclər nəzarət edir?... Bizim qlobal dövlətimiz haqda mülahizələr axtarışıdır...”
Riçard Bernşteyn, “New York Times”
“Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili” kitabı müasir müharibə dövrünün ən nüfuzlu kitablarından birinə çevrilib”.
Patrik Hili, “Boston Globe”
Azərbaycan dilində
ISBN: 9789952313758
Orijinal adı: The Clash of Civilizations and the Remaking of World Order
Tərcüməçi: Anar Mütəllimov
Çap tarixi: 2019, 2024
396 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 155x235 mm