Paralel dünyada
Paralel dünyada
I HİSSƏ - Ağ, Çəhrayı və Narıncı
FENTEZİ JANRINDA YAZILMIŞ TETRALOGİYA
Yer planetində artıq həyat yox idi. Ana təbiətin məhvinə gətirib çıxarmış insan əməlləri sivilizasiyaya son qoymuşdu. Uzaq gələcəkdə paralel dünyada yenidən yaranmış Həyat insanların keçmişdəki səhvlərini təkrar etməməsi üçün onların mənfi duyğularını qəlblərindən çıxarıb möhürləmiş, hər birini fərqli istiqamətlərə yönəldərək möhürləri qorumaq üçün krallıqlar yaratmışdı. Sıx meşələrin ayırdığı bu əzəmətli krallıqlar bir-birindən kəskin fərqlənirdi: adaların üstündə yerləşən Lumiya krallığı, güclü küləklərin cövlan etdiyi Eley krallığı, uçurumların üstündə ucalan Eskada krallığı, yaşıl ağacların arasında salınmış Milaros – elfl ər krallığı, soyuq Akara krallığı və odlar diyarı Kanar krallığı...
Möhürlərdən birinin oğurlanması bütün krallıqların taleyini dəyişir. Axtarışlara başlamaq üçün Yuxarı Eleydən olan Kay adlı əsgər seçilir. Bu yolda onun ən yaxın dostu və yol yoldaşı küləkdən yaranmış məsləhətçi Reyn olur... Onları qarşıda nələr gözləyir? Lumiyanın gözəl şahzadəsi Elyanoraya olan hissləri Kaya həqiqətləri açmaqda mane olmayacaq ki?!
Azərbaycan dilində
ISBN: 9789952573473
Çap tarixi: 2024
228 səhifə
Yaş Kateqoriyası: 16+
Bərk üz qabığı
Ölçü: 140x220 mm