İdiot

TEZLİKLƏ
  • İdiot
    İdiot
    İdiot

İdiot

1995-ci il... E-poçt çoxları, xüsusən də, məktəbi təzəcə bitirib tələbəlik həyatına başlayanlar üçün hələ yeni bir təcrübədir. İllər əvvəl ABŞ-yə köçmüş türk mühacirlərinin qızı Selin Harvard Universitetinə qəbul olunur: indiyədək adını belə eşitmədiyi fənlər üzrə dərs almaq üçün qeydiyyatdan keçir, qeyri-adi xarakterə malik serb qız Svetlana ilə dostlaşır və tamamilə təsadüfən macar oğlan İvanla e-poçt vasitəsilə yazışmağa başlayır. İvan riyaziyyat fakültəsinin sonuncu kurs tələbəsidir. Onunla üz-üzə gələndə kəlmə kəsməyə cəsarət etməyən, hər görəndə söhbətdən qaçan Selin qəribə məzmunlu məktublar yazmaqdan çəkinmir və səbirsizliklə İvandan cavab gözləyir. Selinlə İvan arasındakı bu yazışma getdikcə yeni və həddən artıq müəmmalı mənalar kəsb etməyə başlayır. Tədris ili bitəndə İvan Budapeştə gedir, Selin isə ucqar macar kəndlərindən birinə yollanır və məktəblilərə ingilis dili öyrədir. Ancaq eyni təcrübəni yaşamış tələbələrdən daha əvvəl eşitdiyi macəraların heç biri başına gəlmir, əksinə, tamamilə fərqli anlar yaşayır və öz daxili aləminə səyahət edir, hisslərini sahmana salır: ilk məhəbbətin başgicəlləndirici təsiri, sözlə ifadəsi mümkün olmayan çaşqınlığı ilə mübarizə aparır, özü ilə savaşır və getdikcə daha çox dərk edir ki, yazıçı olmaq onun alın yazısıdır.

Elif Batuman yetkinlik çağının astanasında həyatın nə qədər qarışıq və qeyri-müəyyən olduğunu son dərəcə həssaslıqla və müdrikcəsinə ön plana çıxarır. “İdiot” məst etdiyi qədər də əziyyət verən bu həyatda bir insan kimi formalaşmağın sevinci və dəhşəti ilə qəhrəmancasına, lakin təmkinlə hesablaşmağın nə demək olduğunu əks etdirir.

Azərbaycan dilində

Elif Batuman

ISBN: 9789952532722

Orijinal adı: The Idiot

Tərcüməçi: Könül Nəsibova

Çap tarixi: 2025

500 səhifə

Yaş Kateqoriyası: 16+

Yumşaq üz qabığı

Ölçü: 140x210 mm

Qiymət: 14.90 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

10 dekabr kitabı, əsəri, nəşri, çap məhsulu

10 dekabr

Corc Sanders
ISBN: 9789952310306
Qiymət: 10.00 AZN
Ətraflı »
Alagözlü Cəlilə kitabı, əsəri, nəşri, çap məhsulu

Alagözlü Cəlilə

Osman Balcıgil
ISBN: 9789952520750
Qiymət: 7.00 AZN
Ətraflı »
Art və Xaos kitabı, əsəri, nəşri, çap məhsulu

Art və Xaos

Qaraqan
ISBN: 9789952310771
Qiymət: 12.90 AZN
Ətraflı »
Ayvinin inqilabı kitabı, əsəri, nəşri, çap məhsulu

Ayvinin inqilabı

Emi Encel
ISBN: 9789952513691
Qiymət: 9.80 AZN
Ətraflı »
Ayvinin kitabı kitabı, əsəri, nəşri, çap məhsulu

Ayvinin kitabı

Emi Encel
ISBN: 9789952510676
Qiymət: 11.20 AZN
Ətraflı »