Günün qalanı
Günün qalanı
Stivens Britaniya siyasi zümrəsində məşhur bir parlamentarinin evində eşikağası vəzifəsini canla-başla yerinə yetirən sıradan bir şəxsdir. Stivens öz peşəsinin ustasıdır, işini qüsursuz görür. İş başında olanda hər şeyi, hətta bir neçə addım aralıda can verən atasını belə unudur. Stivens peşəsinin qarşısında qoyulan tələblərə, ona verilən təlimatlara son dərəcə diqqətlə yanaşır. O, klassik qaydaların çəngindən heç cürə çıxa bilmir. Zaman isə sürətlə dəyişir. Oxucu eşikağasının qəlbinin dərinliyində bir səs duyur – qəhrəmanın o malikanənin inventarına, sadəcə buyuruq quluna, robota çevrilməsinə gizli-gizli mane olmağa çalışan bir səs... Bir gün Stivens o səsi dinləyir, o səsin ardınca ölkənin ucqar əyalətinə gedir... Bu səyahət qoca lakeyin gözlərini açır. Lakin çox gec deyilmi? Stivens onu nə vaxtsa dəlicəsinə sevmiş qadını geri qaytara biləcəkmi?
“Zərgər dəqiqliyi ilə işlənmiş ovsunlayıcı bir əsər...” - “New York Times”
“Bu əsər bir yazıçının çata biləcəyi ən yüksək mərtəbə deməkdir”. - “The New York Review of Books”
Azərbaycan dilində
ISBN: 9789952313789
272 səhifə
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm