Eşqin adı sənsən
Eşqin adı sənsən
Kədərli idi, nəbzi ağır-ağır vurur, amma hey danışırdı. Mən din-mədən onu bəzən coşqun, bəzənsə zərif nəvazişlə bağrıma basırdım. Nələr danışırdı, nədən danışırdı?! Ömrümə zərrələr kimi səpələnib dağılmış adam unudulmaqdan danışırdı. Ondan qopa bilməyəcəyimi anlamırdımı? Bilmirdimi onu həyatımdan yığıb-yığışdırmaq mümkün deyil? Başa düşmürdümü üzərim-dəki hakimiyyətini? Anlamırdımı nağıllardakı divin canı bir şüşə qəfəsdə olan kimi, mənim də varlığım onun bu xırda bədənində canlıdır?
Yəni doğrudanmı ayrılıq gələcək? Doğrudanmı hər kəsi eyni aqi-bət gözləyir? Əlbəttə, hər xoşbəxtliyin öz faciəsi var. Bir şey ki təbiətin hökmüdür, kim özünü ondan qoruya bilər?! Ölüm necə sorğu-sualsız qəbul olunursa, biz də ayrılığa eləcə tabe olmalı-yıq. Taleyin cızdığı yollar fərqli olsa da, qaydalar dəyişmir, ömür-lər təkrarlanır və hər kəsi eyni aqibət gözləyir... Yox, məndə belə deyil, belə olmayacaq! Mənə görə, insanlar bir-birinin həyatın-dan elə də asanlıqla çıxıb itə bilməz. Mənə görə, kimsə kiminsə qəlbinə bir yol tapıb girdisə, elə orada da qalacaq...
Azərbaycan dilində
ISBN: 9789952563504
180 səhifə
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm