Kişisiz ev
Kişisiz ev
Hadisələr 50-ci illərin əvvəllərində bir alman şəhərində cərəyan edir. Qadınların ərləri, uşaqların isə ataları İkinci Dünya müharibəsində həlak olub. Bu insanlar həyatlarına davam etməlidir, amma “kişilərsiz”. Yazıçı cəmiyyətin qüsur və naqisliklərini, yaşadığı çətinlikləri, səfaləti, fəlakətləri, siniflər arasındakı fərqləri iki ailənin taleyinin fonunda göstərir... İnsanlar ölür, şəhərlər, sivilizasiyalar dağılır. Bəs sağ qalanlar? Onlar nə edirlər? Atalarının üzünü görməmiş uşaqlar gün gəlir ata olur... Qadınlar necə? Həyatları təsəvvür belə edə bilməyəcəkləri məcralara yönəlir, məcbur qalıb “əxlaq”larını itirirlər, dəyişirlər, tamam başqa adam olurlar... Müəllif romanda beş fərqli adamın həyata baxışını, təfəkkürünü, təhtəlşüurunu ustalıqla ortaya qoyur. Bu kitabı oxumaqla müharibənin necə qorxunc şey olduğunu bir daha anlayırsan. Yazıçı qələminin sehri o qədər güclüdür ki, əsəri su kimi içirsən, böyük fikirləri asanlıqla həzm edir, obrazlarla doğmalaşırsan. Bitirəndə isə qəlbinin dərinliklərindən bir lənət qopur. Müharibənin ünvanına...
Azərbaycan dilində
ISBN: 9789952313673
320 səhifə
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm