Dəyişən dünyanın rəssamı
Dəyişən dünyanın rəssamı
1948-ci il. Yaponiya İkinci Dünya müharibəsi kabusundan sonra yavaş-yavaş özünə gəlməyə çalışır, şəhərlərini bərpa edir, insanlar məğlubiyyəti unudub gələcəyə boylanmağa çalışır. Dövrünün məşhur rəssamı olmuş Masuci Ono indi günlərini ailəsinə və evinə həsr etməklə keçirir: bağına qulluq edir, evində təmir işləri aparır, iki böyük qızı və nəvəsi ilə vaxt keçirir, axşamlar isə sakit və yarımqaranlıq barların birində köhnə dost-tanışları ilə içki içir... Əslində, Masuci indi sakit, dinc bir ahıllıq həyatı sürməlidir, lakin xatirələr ona rahatlıq vermir. Xəyalları tez-tez keçmişə səyahət edir: yapon militarizminin dərindən yaraladığı həyatını və karyerasını xatırlayır. Və keçmişində yaşananlar onun sakit həyatına qara bulud kimi çökür.
Azərbaycan dilində
ISBN: 9789952310528
344 səhifə
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm