Yay mövsümü
Yay mövsümü
David gənc Venetsiya Sammersi "tənha ana aqibəti" yaşamaq qorxusundan xilas edəndən bir il sonra qadın qəfildən anlayır ki, onun həyatı əslində tar-mar olmaq üzrədir. Sevdiyi kişi qazanc dalınca Braziliya cəngəlliklərinə gedir, o isə Norfolkda qalmalı olur. İndi gənc qadının evində əsl dərəbəylik hökm sürür, o, uşaqları ilə bacarmır, acıdil yaşıl tutuquşunun ucbatından vəziyyət getdikcə lap dözülməz olur. Nəticədə qeyri-adi paltarlar dizayn edən həvəskar modelyerin həyatı əsl cəhənnəm əzabına dönür. Venetsiyanın Davidə yazdığı e-maillər cavabsız qalanda, telefon danışıqları xətlərin yaxşı işləməməsi üzündən tez-tez kəsiləndə qadının qəzəbi vulkan kimi püskürür. Və elə bu zaman onun həyatında yeni kişi peyda olur. Venetsiyaya elə gəlir ki, ona vurulub...
"Mən "Yay mövsümü" əsərini başqa adamların yanında oxumağı məsləhət görmürəm. Çünki qəşş edincə güləcək, özünüz də gülməli görünəcəksiniz. Mən "Toyuqların rəqsi"nə məftun olmuşdum. Bu kitab isə ondan da yaxşıdır".
"Country Life"
"Kitabı oxuyub məftun oldum. Ondan ayrıla bilmirdim. Raffaella Barker öz qəhrəmanlarının həyatını ustalıqla qələmə alır, bizi onları sevməyə asanlıqla məcbur edir. Kitabın on səhifəsini oxuyandan sonra sizə elə gəlir ki, bu adamları çox yaxşı tanıyırsınız, daha on səhifədən sonra onlara görə narahat olursunuz. Çox əla yazılıb".
"Daily Express"
"Bu kitab insanın ovqatına, incə hisslərinə çox dərindən təsir edir. "Yay mövsümü" burada təsvir olunan günlər kimi işıqlı, isti və nikbin əsərdir".
Polli Sempson, "Independent"
Azərbaycan dilində
ISBN: 9789952515282
252 səhifə
Yumşaq üz qabığı
Ölçü: 148X210 mm