Qəpiyim də yox idi, qız isə çox gözəl idi
Qəpiyim də yox idi, qız isə çox gözəl idi
Gənclər arasında şahmat üzrə dünya çempionu olandan sonra işə götürüldüyüm Kəşfiyyat Xidmətindən iki il əvvəl qovmuşdular... İstanbula ağappaq qar yağırdı... Gənc bir qız bir ildən bəri günümü keçirdiyim barda məni tapmış və itkin düşmüş atasını tapmaq üçün iki yüz min lirə təklif etmişdi... Təklifi qəbul etdim, çünki qəpiyim də yox idi, qız isə çox gözəl idi... Üstəlik, hər gün çürüməkdə olan qəlbimdəki insanı da xilas edə bilərdim... Haradan biləydim ki, rastıma bir zamanların ən qəddar qatili çıxacaq?! İndi isə mən qan içində yerdə çırpınarkən qatil başımın üstünü kəsdirmişdi... Dedi ki, bu işlər şahmat oynamağa bənzəməz... Daha üç güllə səsi eşitdim... Deyəsən, gülləni başıma çaxmışdı... Vaxt yetişmişdi, ruhum qana bələnmiş bədənimdən ayrılaraq göy üzünə doğru uçurdu...
Azərbaycan dilində
ISBN: 9789952513868
Orijinal adı: Beş parasızdım ve kadın çok güzeldi
Tərcüməçi: Vüqar Hüseynov, Fatma Hüseynova
Çap tarixi: 2017, 2024
292 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 135x195 mm