Mavigözlü ögey ana
Mavigözlü ögey ana
Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar...
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.
Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti.
Ana var ki, namaz üstdə yaşayır,
Oğul var ki, başa çatıb xidməti...
Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ.
Bu, dünyadır, vallah-billah, bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq!
Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!” deyən var.
Gecəyarı evinizə tələsin,
– Bəlkə, sizin qapını da döyən var.
Azərbaycan dilində
ISBN: 9789952313406
156 səhifə
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm
Qiymət:
6.00 AZN