Tanrının təbəssümü
Tanrının təbəssümü
Qazaxıstanın xalq yazıçısı, ədəbiyyatşünas, şair, ictimai-siyasi xadim, diplomat Oljas Süleymenovun yaradıcılığı həmişə öz zənginliyi, tarixiliyi və novatorluğu ilə seçilmişdir.
Şairin "Tanrının təbəssümü" adlı şeirlər toplusu tarixi faktlardan qaynaqlanan bədiyyatın canlı, orijinal təcəssümüdür. Müəllifin burada yer alan şeirləri fəlsəfi düşüncələrin unikal təsviri, dini, ictimai baxışların özünəməxsus ifadəsi nöqteyi-nəzərindən mükəmməl tablo yaratmışdır.
Bu şeirlər müxtəlif illərdə qələmə alınsa da məzmun etibarilə ardıcıl düşüncənin məhsuludur. Şairin bədii təfəkküründən, doğma ata ocağından, dədə-baba torpağından pərvazlanan sözləri sanki dünyanı dolaşaraq kosmik fəzaya qanad açır, oradan Yerin təkinə enir, fikir burulğanından keçib süzülərək yenidən gəlib ovcuna düşür. Oljas Süleymenovun təqdim olunan şeirləri məhz bu məziyyətləri ilə bənzərsizdir.
Şeirlər toplusu düşünməyi sevən, ondan ən layiqli nəticələr çıxarmağı bacaran geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Azərbaycan dilində
ISBN: 9789952494792
264 səhifə
Yumşaq üz qabığı
Ölçü: 130X205 mm