Tanrı
Tanrı
“...Tanrı nədir, tanrı nə istəyir? Kimi sevir, kimə nifrət edir? Biz özümüzdən asılı olmadan, qeyri-şüuri şəkildə bu prinsiplərdən çıxış edib özümüzə apofeoz yaratmağa çalışırıq və əslində, dünyamızı çalxalayan, onu sarsıdan dini münaqişələrin çoxu həmin səbəbdən baş verir...
...İbtidai dövrün tanrıları çox nadir hallarda əxlaq prinsiplərinə rəvac veriblər. Onlar insan əxlaqı kimi xırda şeylərə baş qoşmurdular, bunlardan çox yüksəkdə dayanırdılar. Mesopotamiya və Misir tanrıları çox amansız və aqressiv idilər. Onlar insanlara, sadəcə, şıltaq istəklərini həyata keçirmək üçün qamçıladıqları qul kimi baxırdılar. Yunan tanrıları insanla oyun oynayan kobud, məğrur, şıltaq varlıqlar idi. Yəhvə ondan başqasına tapınan hər kəsi qırıb-çatmağı əmr edən qısqanc bir tanrıdır. Allah ona qarşı çıxan hər kəsə misli görünməmiş cəza vəd edir – həm bu dünyada, həm də axirətdə. Ən yaxşı halda əxlaqın fövqündə dayanan, ən pis halda, sadəcə, əxlaqsız olan bu tanrılar insanlar üçün əxlaq mənbəyi ola bilərmi? Necə ola bilər?...”
***
“Əhatə dairəsinə, qarşıya qoyulan hədəflərə görə son dərəcə cəlbedici, iddialarına görə çox təzadlı olan “Tanrı: bəşər tarixi” araşdırması bəşərin lap əzəldən Tanrını özünə bənzətməyə çalışdığını vurğulayır və bəyan edir ki, artıq buna son qoymağın vaxtıdır. Rza Aslan parlaq istedadı ilə ərsəyə gətirdiyi bu kitabında onun qələmindən umduğumuz qeyri-adi əlvan boyalarla bizi düşünməyə vadar edir, zənn və gümanları darmadağın edir”.
Bart Denton Erman
“İsa necə Allah oldu” kitabının müəllifi
Azərbaycan dilində
ISBN: 9789952540130
364 səhifə
Yumşaq üz qabığı
Ölçü: 140x210 mm