Stoiklərin həyatı
Stoiklərin həyatı
Bu, sadəcə, bir tarix kitabı deyil. Bu kitab Epiktetdən tutmuş Mark Avreliyə – quldan imperatora qədər hər kəsə fəlsəfəni öz həyatında tətbiq etməkdə kömək edəcək şəkildə tərtib olunub. Müəlliflər əsrlər boyunca Seneka, Kato, Siseron kimi şəxsləri birləşdirən əsas dəyər və ideyaların üzərinə işıq salır. “Stoiklərin həyatı” əsəri əbədi stoik fəzilətlərlə – mətanət, təmkin, ədalət və müdrikliklə yaşayan insanların maraqlı həyat yollarını təqdim edir, qədim filosofların xoşbəxtlik, uğur, mətinlik və fəzilət barədə öyrətdiklərini çatdırır. Məşhur stoiklərin asan mənimsənilən mini-bioqrafiyalarından ibarət olan bu kitab stoisizmi sevən və ona uyğun yaşayan insanlara bu fəlsəfənin mənasını izah edir, onların mübarizəsindən və uğurlarından çıxarılan ibrətamiz dərsləri önə çəkir. Stoisizm Zenon adlı müflis olmuş tacirin Afinada, “Stoa Poikile” adlı yerdə ilk məktəbi yaratmasından 2300 il sonra idmançılardan tutmuş siyasətçilərə qədər böyüklük axtaran bütün insanlar arasında yeni auditoriya tapıb. Təəccüblü deyil ki, fəlsəfə və onun özünənəzarət, fəzilət və nəzarət edə bilmədiyimiz məsələlərə laqeydlik prinsipləri Roma imperiyasının xaosunda olduğu qədər bu gün də aktualdır. Dəyərli baxış və hekayələrin xəzinəsi olan bu kitab keçmişdə ilham qaynağı axtaranların dönə-dönə müraciət edəcəyi bir mənbədir.
Azərbaycan dilində
Rayan Holidey
Stiven Hanselman
ISBN: 9789952573176
Orijinal adı: Lives of the Stoics
Tərcüməçi: Zümrüd Hüseynova
Çap tarixi: 2024
428 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm