Qanbatte!
Qanbatte!
Qanbatte! Davam et!
Liberman “Qanbatte!” (“Gan-ba-tay!”) yapon dilində “Əlindən gələni et! Davam et və təslim olma!” mənasını verən bir anlayışdır. Onun arxasında vabi-sabi və ikiqay kimi yaponlara xas olan düşüncə tərzi durur. Albert Liberman “Qanbatte! Yaponların daim irəli getmək sənəti” kitabında sizi yaponları istənilən vaxt və istənilən şəraitdə – imtahan zamanı, idman yarışlarında, yemək hazırlayarkən, adi iş günlərində – var qüvvələrini işə yönəltməyə sövq edən düşüncə tərzi ilə tanış edir.
Kitabın qısa, sadə və anlaşıqlı dildə yazılmış 50 fəsli daha xoşbəxt və daha mənalı bir həyat yaşamaq, özünü daha pozitiv surətdə və daha məmnunedici yollarla reallaşdırmaq üçün bu yanaşmanı qəbul etməyin asan üsullarını təklif edir. Burada aşağıdakı mövzularla tanış olacaqsınız:
– “Mürəkkəb olan”ı “qeyri-mümkün”dən seçmək;
– Özündə səbr fəzilətini tərbiyə etmək;
– Dərrakə və ictimai şüur hissi ilə işləmək;
– Və daxilinizdə qanbatte ruhunu tərbiyə etməyin bir çox digər üsulları.
Azərbaycan dilində
Albert Liberman
Hektor Qarsiya
ISBN: 9789952573367
Orijinal adı: Ganbatte!
Tərcüməçi: Zümrüd Hüseynova
Çap tarixi: 2024
184 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm