Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq
Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq
Bu araşdırma qeyri-səlis məntiqin yaradıcısı, görkəmli Azərbaycan-amerikan alimi Lütfizadənin xatirəsinə həsr olunur. Ümid edirik ki, bu kitab həm qorqudşünaslar, həm də informasiya nəzəriyyəçiləri, məntiqçilər üçün eyni dərəcədə maraqlı olacaq. Qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq edilir. Müəlliflərin qənaətinə görə, “Kitabi-Dədə Qorqud” bizə qədim əcdadlarımızın dastanın dərin qatlarında gizlənmiş təfəkkürünə xas olan demokratik əhvaldan danışmaq imkanı verir. Artıq o vaxt gəlib çatıb ki, informasiya mütəxəssisləri mətnşünasları, mətnşünaslar isə informasiya mütəxəssislərini sərbəst və adekvat şəkildə anlasınlar və onların bir araya gəlib eyni istiqamətdəki hədəflərə çatmaq cəhdləri real nəticə versin.
Azərbaycan dilində
ISBN: 9789952573022
180 səhifə
Bərk üz qabığı
Ölçü: 120x185 mm