İçimizdəki meymun
İçimizdəki meymun
“Savaşın, zorakılığın olmadığı bir dünyada yaşamaq istəyirik” deyənlərə bunun “insan təbiəti”nə zidd olduğunu söyləyirlər. Doğrudanmı, belədir? İnsan savaşmaq, zorakılıq etmək üçünmü yaradılıb? Məşhur primatoloq Frans de Vaal uzun illər bunu araşdırıb və ən yaxın qohumlarımız olan şimpanzelərlə onlardan daha az tanınan bonoboların bir-birilərindən gecə ilə gündüz qədər fərqləndiyini aşkar edib: “Biri qəzəbli, zorakılığa meyilli, hikkəli və lovğadır, digərinin isə dünya-aləm vecinə deyil, əsla kefindən qalmır”. De Vaalın fikrincə, qəzəbli və təkəbbürlü qohumlarımızın indiyədək ön planda olması təsadüfi deyil: “Tədqiqatlar bonoboların bir-birini vəhşicəsinə öldürdüyünü müəyyən etsəydi, bu insanabənzər meymunun adı dillər əzbəri olardı. Amma bonobolar sülhpərvərdir. Öncə bonoboları tanısaydıq, ya da şimpanzeləri heç tanımasaydıq, nə olardı? Bəlkə də, insan təkamülü haqda mübahisənin əsas predmetləri müharibə, zorakılıq, pədərşahlıq yox, seks, empatiya, qayğı olardı”.
Düşüncəmizi dəyişmək üçün çoxmu gecikmişik? Ümid edirik ki, yox. “İçimizdəki meymun” heyvanlara dair klişeləri elmi araşdırmalar, qəribə müşahidələr vasitəsilə alt-üst edərək bizi “insan təbiəti” mövzusunda bir daha düşünməyə çağırır.
Azərbaycan dilində
ISBN: 9789952563252
332 səhifə
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm