İblislərlə dolu dünya elmin şam işığında
İblislərlə dolu dünya elmin şam işığında
Psevdoelmin mifləri, "Yeni çağ" düşüncəsi və təəssübkeşliklə elmin sınanıla bilən fərziyyələri arasındakı fərqi bilməsək, texnologiyanın getdikcə daha çox rol oynadığı həyatımızda rasional qərarları necə verə bilərik?
Karl Saqan tarixə və mədəniyyətə geniş perspektivdən baxaraq, cadugərlik, dua ilə şəfa, iblislər və UNO-lar kimi geniş yayılmış illüziyaları analizlə ifşa edir. Çağımız "informasiya dövrü" adlandırılsa da, mövzusu "yadplanetlilər tərəfindən qaçırılma" və ekstrasenslik olan psevdoelm geniş yayılır, müştərək hallüsinasiyalar diqqət çəkir və ciddi qəbul edilir. Saqan ağılsızlığın siren nəğməsinin sadəcə səhv yola dönmək yox, həm də fundamental hüquqlarımızı təhdid edən qaranlığa qərq olmaq mənasına gəldiyini çox sərrast şəkildə izah edir.