Mifin qısa tarixi
Mifin qısa tarixi
Tanınmış dinlər tarixçisi Karen Armstronq "Mifin qısa tarixi" adlı bu yığcam əsərində miflərin paleolit dövründən müasir dövrə qədər məruz qaldığı dəyişiklikləri tədqiq edir.
"İnsanlar həmişə miflər yaradıblar" deyən müəllif insanların miflərə həmişə ehtiyac duyduğunu, ancaq əkinçilik, ovçuluq və şəhərsalma kimi böyük dəyişikliklər zamanı mifləri gözdən keçirib yenidən şərh etdiklərini göstərir.
"Miflərə hazırkı yadlaşmamızın tarixdə analoqunun olmadığını" düşünən Armstronq "mythos" ilə "logos"un düşmən qütblərə ayrılması nəticəsində XX əsrin dağıdıcı miflərinə meydan verildiyini yazır. Mifin bir sənət növü olduğunu vurğulayan müəllif dünyanı şər miflərdən qorumaq üçün sənət adamlarının gətirəcəyi təzə nəfəsə ehtiyacın olduğunu qeyd edir.
Bu əsər mifik təfəkkürün tarixi inkişafının xülasəsi olmaqla bərabər, "logos" və "mythos" tərəfdarlarının antaqonist münasibətləri bir kənara atıb qarşılıqlı anlayış zəminində dialoq qurması istiqamətində təşəbbüs də sayıla bilər.