Ulduz elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı
Ulduz elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun "Ulduz elmi və Orta əsrlər Azərbaycan ədəbiyyatı" adlı monoqrafiyası bu mövzuda yazılmış ilk əsərdir. Əsərdə ulduz elminə dair kifayət qədər geniş məlumat verilir, onun tədqiqat sahələrinin özünəməxsusluğu araşdırılır.
Minilliklər boyunca təşəkkül tapan və təkamül edən bu elmin həm nəzəri, həm də təcrübi sahələri son illərdə inkişaf edib. Azərbaycan şairləri orta əsrlər elm və təhsil sisteminə müvafiq olaraq, ulduz elminə dair bilikləri də öyrənir, yeri gəldikcə, bundan öz əsərlərində bədii deyim vasitələri şəklində istifadə edirdilər. Ulduzlar haqdakı biliklər və onun poeziyada əksi məsələsi bu kitabda faktiki materialların bazasında təqdim olunur.
Kitabda kosmosun insanın xarakterinə, səhhətinə təsiri məsələsinə də yer ayrılıb. Geniş oxucu kütləsini maraqlandıran bir sıra məsələlər də əsərdə öz əksini tapır.
Ümid edirik ki, fars, ərəb, türk və rus dillərindəki elmi-nəzəri və praktik qaynaqlardan istifadə olunmaqla yazılan bu əsər kitab rəfinizdə layiqli yerini tutacaq.
Azərbaycan dilində
ISBN: 9789952513684
124 səhifə
Yumşaq üz qabığı
Ölçü: 148X210 mm