İkiqay
İkiqay
B E Y N Ə L X A L Q B E S T S E L L E R
Bəlkə, hələ fərqinə varmırıq, amma hamımızın ikiqayı var. İkiqay “yaşamaq üçün səbəb” və ya “səhər yataqdan qalxmaq üçün səbəb” mənasını verir. Bu, ehtiyaclarınız, istəkləriniz, məqsədləriniz və məmnuniyyətinizin qovuşduğu yerdir: mükəmməl balans və tam məmnuniyyət nöqtəsi. Yaponiyanın Okinava adasında insanlar dünyanın hər yerində olduğundan daha çox yaşayırlar. Orada ikiqayınızı tapmaq uzunömürlülüyün və xoşbəxtliyin açarı hesab olunur. Okinavalılar bilirlər ki, hər kəsin həyatı dəyərlidir; onların fikrincə, ikiqay dəyərinizi diqqət mərkəzində saxlamağa kömək edəcək bir obyektivdir. İnsanı həm ruhlandıran, həm də rahatlandıran bu kitab sizə öz ikiqayınızı kəşf etməkdə kömək edəcək və həyatınızı dəyişmək imkanı yaradacaq. Stressi və tələskənliyi bir kənara atın, məqsədinizi tapmağa, dostluq münasibətlərinizi inkişaf etdirməyə və arzularınızı həyata keçirməyə çalışın. İkiqay ilə həyatınızın hər gününə sevinc və məna qatın.
Azərbaycan dilində
Hektor Qarsiya
Fransesk Mirales
ISBN: 9789952540116
228 səhifə
Yumşaq üz qabığı
Ölçü: 125x185 mm