Hər şeyə rəğmən həyata "HƏ" demək
Hər şeyə rəğmən həyata "HƏ" demək
Müəllifin beynəlxalq səviyyəli “İnsan məna axtarışında” bestsellerinin rəf yoldaşı olan, yenidən kəşf olunmuş bu şah əsər qaranlıqda sizə bələdçilik edəcək. Viktor E. Frankl nasist cəza düşərgəsindən azad olunduqdan on bir ay sonra Vyanada silsilə ictimai mühazirələr oxudu. Tezliklə dünya şöhrəti qazanacaq psixiatr məna, möhkəmlik, hətta ən böyük çətinliklər qarşısında həyata sarılmağın vacibliyi barədə əsas fikirlərini bu çıxışlarında ətraflı izah edirdi. Frankl “elə yaşa ki, sanki ikinci dəfə doğulmusan” prinsipinin dərin tədqiqini təklif edir və hər bir böhranın özündə yeni imkanları ehtiva etməsi barədə əsas hökmünü verir. Əsir düşərgələrinin ağlasığmaz dəhşətlərinə baxmayaraq, Frankl “həyata hə deməyin” hər zaman mümkün olduğunu dustaq yoldaşlarının əzmindən öyrənib. Bu hamımız üçün bütün zamanlarda keçərli olan ibrətamiz bir dərsdir.
Azərbaycan dilində
ISBN: 9789952563474
Orijinal adı: Yes to Life in Spite of Everything
Tərcüməçi: Zümrüd Hüseynova
Çap tarixi: 2023, 2024
116 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 125x185 mm