Şəxsi bir otaq
Şəxsi bir otaq
Qadınların arasından niyə Şekspir kimi yazıçı çıxmayıb? Nə üçün cinslərdən biri bu qədər zəngin ikən digəri çox yoxsuldur? Yoxsulluğun ədəbiyyata təsiri nədir? Sənət əsəri yaratmağın əsas şərtləri nələrdir?
Bu suallara cavab axtaran Virciniya Vulfun “Qadınlar və ədəbiyyat” məqalələri əsasında yazılmış “Şəxsi bir otaq” kitabı 1929-cu ildə, İngiltərədə qadınlara seçki hüququ verən qanunun qəbulundan bir il sonra çap edilib. Müəllif əsərdə XVI əsrdən bəri qadının cəmiyyətdəki sosial mövqeyini, ədəbiyyatdakı rolunu araşdırır, mübahisəyə səbəb olan sualları cavablandıraraq “qadına yazmaq üçün pul və şəxsi otaq lazımdır” qənaətinə necə çatdığını izah edir. Mövzuya ikinci dərəcəli məsələ kimi yanaşmayan yazıçı qadınlara çıxış yolu göstərir: “Sizdən xahiş edirəm, hər növ kitablar yazın. Heç bir mövzudan çəkinməyin...”
Azərbaycan dilində
ISBN: 9789952313826
216 səhifə
Yumşaq üz qabığı
Ölçü: 105x160 mm