Quyruqlu ulduz altında izdivac
Quyruqlu ulduz altında izdivac
Klassik türk ədəbiyyatının görkəmli nümayəndələrindən olan Hüseyn Rəhmi Gürpınarın "Quyruqlu ulduz altında izdivac" romanı Türkiyənin XX əsrin əvvəllərindəki real həyatını əks etdirən unikal əsərlərdəndir. 1912-ci ildə qələmə alınmış romanda avamlıq, cəhalət, savadsızlıq kimi bu gün də aktual olan məsələlərə toxunulur.
...Halley kometinin 1910-cu il, mayın 5-də Yerlə toqquşacağı, bununla da qiyamət qopacağı barədə deyilənlər adamları qorxuya salıb. İrfan Qalib adlı zəngin bir gənc isə insanların bu təlaşından özünə əyləncə düzəldir. O, qəzetləri oxuyub quyruqlu ulduz fəlakətinə dair xəbərləri izləyir, əsasən də qadınları başına yığıb bu haqda danışır. İrfan bəyin əsl məqsədi avam insanları ələ salmaqdır. Onun dediklərini heç kim anlamır. Amma bir gün ona naməlum qadından sirli bir məktub gəlir. İrfan bəy qadının zəkasına valeh olub onunla məktublaşmağa başlayır. Əvvəllər türk qızlarını bəyənməyən İrfan bəyin həyatı dəyişir. O, tanımadığı qadına evlənməyi təklif edir. Qadın razılaşsa da, şərt qoyur: toy quyruqlu ulduzun Yerə çırpılacağı deyilən gün olmalıdır...
İncə yumor hissi ilə qələmə alınmış əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub
Azərbaycan dilində
ISBN: 9789952513820
160 səhifə
Yumşaq üz qabığı