Qafqazda "erməni məsələsi" (3 cilddə)
Qafqazda "erməni məsələsi" (3 cilddə)
Üç cildlik topluda dünya tarixçünaslığında ilk dəfə olaraq Qafqazda "erməni məsələsi" (1724-1914-cü illər) xüsusi problem kimi irəli sürülür. Bu problem Rusiya Dövlət Tarix Arxivi (Sankt-Peterburq) və Rusiya Dövlət Hərbi Tarix Arxivindən (Moskva) aşkar edilmiş, uzun müddət "məxfi" və "tamamilə məxfi" qrifi ilə mühafizə olunan otuzdan çox müxtəlif işlərdən toplanmış nadir sənədlər və nəşrlər əsasında kompleks şəkildə təqdim edilir.
Birinci cild xronoloji cəhətdən 1724-1904-cü illəri əhatə edir. Birinci bölmədə sənəd və materialların təhlili, ikinci bölmədə isə onların surəti verilmişdir. Bu cilddə təqdim olunan sənəd və materiallardan on biri elmi dövriyyəyə ilk dəfə cəlb olunmuşdur.
Elmi obyektivliyi təmin etmək üçün arxivlərdən olan ayrı-ayrı sənədlər konteksdən ayrılmadan verilmiş, bütün materiallar xronoloji və xronoloji-problem prinsipi üzrə düzülmüşdür.
Toplu "erməni məsələsi"nə dair hazırda formalaşmış müddəaları tənqidi şəkildə nəzərdən keçirməyə, onun mahiyyətini müasir elmi tələblər səviyyəsində araşdırmağa və hərtərəfli şəkildə öyrənməyə imkan verir.
Azərbaycan dilində
Tale Heydərov
Taleh Bağıyev
Kərim Şükürov
Rövşən Didavari
ISBN: 9789952806847
713 səhifə
Bərk üz qabığı
Ölçü: 175x245 mm