Təbriz miniatür sənəti
Təbriz miniatür sənəti
Azərbaycanın xalçaçılığı, muğamı və zəngin memarlıq irsi ilə yanaşı orta əsrlər Azərbaycan incəsənətinin ən parlaq səhifələrindən olan XIV-XVI əsrlər Təbriz miniatür boyakarlığı nəinki orta əsrlər müsəlman sivilizasiyasını, hətta bütün dünya incəsənətini misilsiz dərəcədə zənginləşdirib. Təbriz miniatürləri təkcə Azərbaycanın orta əsrlər incəsənətinin zirvəsi deyil, həm də dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir. Bu monoqrafiyada Təbriz rəssamlarının dünyanın ən böyük muzey və kitabxanalarında saxlanılan və bəşər mədəniyyəti xəzinəsinin qızıl fonduna daxil edilən əsərlərindən bəhs olunur. Müəllif əvvəllər haqqında çox səthi və qısa məlumat verilmiş XIV əsr rəssamları Əhməd Musa, Şəmsəddin Təbrizi və Əbd əl-Xayy kimi dahi sənətkarların yaradıcılığını, habelə XV əsr Qaraqoyunlu və Ağqoyunlu dövlətləri zamanındakı unikal əsərləri daha dərindən tədqiq edib, Səfəvilər dövrü miniatür məktəbi tarixini xeyli yeni materialla zənginləşdirib. Bu kitabda verilmiş illüstrativ materiallar da yenilənib. Tədqiqat işində Türkiyə, Qərbi Avropa ölkələri və Rusiyadakı zəngin kolleksiyalardan istifadə olunub.
Azərbaycan dilində
ISBN: 9789952310955
364 səhifə
Bərk üz qabığı
Ölçü: 252x301 mm