Qara qraf
Qara qraf
General Aleks Düma uzun müddət tanınmayan bir adam olub. Amma onun həyatı artıq hamıya tanışdır, çünki onun oğlu, yazıçı Aleksandr Düma özünün "Monte-Kristo qrafı" və "Üç muşketyor" kimi klassik romanlarını yazarkən atasının həyatından ilham alıb.
Lakin general Dümanın cəsur macəralarının arxasında inanılmaz bir sirr gizlənir: qaradərili kölənin oğlu olan bu adam ağların dünyasında öz irqinə mənsub adamların o vaxtadək nail olmadığı bir mənsəbə yüksəlmişdi.
San-Dominqoda (indiki Haiti) anadan olan Aleks Düma Parisə getmiş, orada Böyük Fransa inqilabının dalğasında ordu komandanlığınadək yüksəlmiş, nəhayət, məğlub edə bilməyəcəyi qəddar bir düşmənlə rastlaşmışdı.
"Time" jurnalı "Qara qraf"ı "tarixi anların üzərinə işıq salan ən məzmunlu mətanət və cəsarət hekayələrindən biri" adlandırıb. Bu, həm də ata ilə oğul arasındakı əbədi öhdəliklər haqqında ürəkparçalayan bir hekayədir.
"TİME" ONU İLİN ƏN YAXŞI KİTABLARINDAN BİRİ ADLANDIRIB.
MİLLİ KİTAB TƏNQİDÇİLƏRİ DƏRNƏYİ MÜKAFATI UĞRUNDA MÜSABİQƏNİN FİNALÇISI
Nyu-Yorkda yaşayan Tom Reiss bütün dünyada bestseller sayılan "Orientalist"in müəllifidir.
Azərbaycan dilində
ISBN: 9789952515305
444 səhifə
Yumşaq üz qabığı
Ölçü: 148x210 mm