Odlar yurdu
Odlar yurdu
Kitab 1920-1945-ci illərdə Azərbaycan mühacirətinin siyasi tarixinə və onun təmsilçilərinin ölkəmizin və bütövlükdə Qafqazın müstəqilliyinin bərpası uğrunda mübarizəsinə həsr edilib.
Mühacirətdə olan siyasi partiya və təşkilat rəhbərlərinin o dövrdə Azərbaycanın və Qafqazın digər respublikalarının müstəqilliyinin bərpasına maraq göstərən Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi nümayəndələri ilə qarşılıqlı münasibətinə xüsusi diqqət yetirilib.
Kitabda əksəriyyəti müəlliflər tərəfindən elmi dövriyyəyə ilk dəfə daxil edilən qiymətli arxiv materialları əsasında ozamankı Azərbaycan siyasi mühacirətinin geniş mənzərəsi təsvirolunub.
Əsəri eyni mövzulu başqa əsərlərdən fərqləndirən əsas xüsusiyyət odur ki, burada Əlimərdan bəy Topçubaşının tədqiqatçılar üçün yalnız bu yaxınlarda açılan, əhəmiyyətli sənədlərlə zəngin olan Paris arxivinin materiallarından ilk dəfə və əhatəli şəkildə istifadə edilib. Eləcə də ağır şəraitdə fəaliyyət göstərən Azərbaycanın siyasi partiya və təşkilat nümayəndələrinin Qafqazın digər xalqlarının təmsilçiləri ilə əlaqəli şəkildə çalışaraq təşkilati qurumlar yaratmağa və aktuallığını indiyədək itirməyən inteqrasiya layihələri işləyib hazırlamağa necə nail olmaları barədə ətraflı söhbət açılıb.
Əsərin sanballı mənbə kimi mütəxəssislər, müəllim və tələbələr, eləcə də tariximizin qeyd edilən dövrü ilə maraqlanan geniş oxucu kütləsi üçün son dərəcə qiymətli olacağına şübhə yoxdur.
Azərbaycan dilində
Giorgi Mamulia
Ramiz Abutalıbov
ISBN: 9789952494723
464 səhifə
Yumşaq üz qabığı
Ölçü: 145x210 mm