Romanovlar
Romanovlar
Romanovlar müasir tarixin dünyanın 1/6 hissəsinə hökm etmiş ən uğurlu sülaləsidir. Bir ailə müharibənin darmadağın etdiyi bir knyazlığı dünyanın ən böyük imperiyasına necə çevirmiş, sonra da bütün bunları necə itirmişdi?
Bu əsər bəziləri dahi, bəziləri dəli olan, amma hamısı müqəddəs avtokratiya ideyasından və imperiya ambisiyalarından ilham alan 20 çar və çariçanın hekayətidir. Montefiorenin xronikası saray sui-qəsdləri, ailə çəkişmələri, seksual dekadans və vəhşi ekstravaqantlıqla kölgələnən amansız imperiya quruculuğunun gizli dünyasını açır.
Rusiyanı idarə etmək həm müqəddəs imperial missiya, həm də zəhərli badədir: çarlardan 6-sı qətlə yetirilmiş və bütün Romanovlar daimi təhlükə altında yaşamışdı. Rusiyanı imperiyaya çevirmiş Böyük Pyotr doğma oğlunu işgəncə ilə öldürmüş, sarayını isə əyyaşlığa məcbur etdiyi şəxslərin, çılpaq təlxəklərin məclisi vasitəsilə idarə etmişdi... Ərini taxtdan salan, - bundan az sonra əri qətlə yetirilmişdi, - Böyük Yekaterina gənc məşuqları ilə əylənmiş, Avropanı heyran qoymuşdu... Pavel sonralar Napoleon istilası və Moskvanın yandırılması ilə üzləşəcək, Parisə qədər gedib çıxacaq oğlu I Aleksandrın saray əyanları tərəfindən boğulmuşdu... II Aleksandr təhkimliləri azad etmiş, beş sui-qəsddən sağ çıxmış və hələ heç bir dövlət başçısının yazmadığı açıq-saçıq məhəbbət məktubları yazmışdı... Romanovlar dövrü müharibə, inqilab və bütün çar ailəsinin əzablı ölümü ilə başa çatır.
Parlaq ədəbi məharətlə qələmə alınan "Romanovlar" əsəri zəfər və faciənin, məhəbbət və ölümün cəlbedici hekayəsidir.
Azərbaycan dilində
ISBN: 9789952515312
920 səhifə
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm