Britaniya və İrlandiyanın tarixi
Britaniya və İrlandiyanın tarixi
Kralların təmtəraqlı taxtı,
Hökmdar əsalı ada.
Əzəmət ölkəsi, Marsın iqamətgahı,
Cənnəti salır yada.
Uilyam Şekspir
"BRİTANİYA və İRLANDİYANIN TARİXİ" Britaniya adalarının ilk insan məskənlərindən tutmuş müasir günümüzə qədərki dövrünü, müxtəlif hadisələrlə zəngin tarixini əks etdirir. Bu kitab romalıların işğalı, vikinqlərin hücumları, vətəndaş müharibələri və eramızın qlobal münaqişələri də daxil olmaqla Britaniyanın müharibələrdən yıpranmış keçmişini canlandırır. Kitabda həmçinin Orta əsrlər kilsə quruculuğundan və Yelizaveta dövrünün mədəni intibahından tutmuş viktorian dövrü sənayesinə və imperiyasına qədərki zəngin bir irs araşdırılır. Mötəbər mənbələrdən əldə edilmiş məlumatlarla zəngin olan bu kitab Britaniya tarixinin həlledici hadisələrinin möhtəşəm illüstrasiyalı salnaməsidir.