Quba tarixi
Quba tarixi
IV əsrdən müasir dövrədək Qubada baş verən etno-siyasi, tarixi, ideoloji, diplomatik hadisələr və regionun taleyindən keçən ədəbi-bədii, mədəni proseslər zaman axarı ilə, xronoloji ardıcıllıqla izlənilmişdir. "Quba" istilahının etimologiyasından başlamış Qubada və onun kəndlərində yaşayan əhalinin etnik tərkibi, Azərbaycanın bir parçası kimi əsrlərlə onun yaşadığı çətinlikləri bölüşərək müxtəlif sınaqlardan çıxmağı bacaran insanların yaşam tərzi, fədakarlığı, təsərrüfat və mədəni həyatının təsvirinə qədər çoxsaylı məsələlər əks olunmuşdur. Qədim və orta əsrlər dövrü, zamanın gətirdiyi xanlıqlar mərhələsi, bir-birini əvəz edən sonrakı dövrlər, xüsusilə yeni müstəqillik dövrü faktlar və sənədlərlə təsvir edilmişdir. Zaman-zaman Azərbaycana qarşı aparılmış işğalçılıq siyasətinə, ölkə ərazisinin parçalanması nəticəsində Qubanın sərhəd bölgəsinə çevrilməsinə və müxtəlif təzyiqlərə rəğmən, xalqın dövlətinə sadiq qalması, bu sədaqətin mənəvi dəyər kimi nəsildən-nəslə ötürülməsi hərtərəfli qeyd edilmişdir. Qubanın tarix və memarlıq abidələrinə xüsusi hörmət və təəssübkeşliyin təsviri olan hissələr xalqın keçmişinə bəslədiyi məhəbbətinin, bugününə diqqətinin, sabahına göstərdiyi qayğısının əyani təzahürüdür. Qubanın yetişdirdiyi layiqli, həyatda sözünü demiş şəxsiyyətlər, ziyalılar, alimlər, qəhrəmanlar, sənət adamları barədə qeydlər onları oxucuya örnək göstərmək məqsədini daşıyır. Yeri gəldikcə müəllifin öz yaradıcılığından təqdim etdiyi şeir parçaları mətnin ideya-bədii məzmununu daha da zənginləşdirmiş və onu daha oxunaqlı etmişdir. Bütün əsər boyu nadir və unikal tarixi sənəd və mənbələrə istinad edilmişdir.
Azərbaycan dilində
ISBN: 9789952494617
700 səhifə
Yumşaq üz qabığı
Ölçü: 155x230 mm