Yük
Yük
Dünya şöhrətli müəllifin 1956-cı ildə Meri Vestmakot imzası ilə nəşr edilmiş “Yük” psixoloji romanı onun sonuncu qeyri-detektiv əsəridir. Atasının-anasının nəvaziş və sevgisindən kənarda qaldığını düşünən balaca Lora Franklin böyük qardaşı Çarlzın qəfil ölümündən sonra ailənin istəkli balası olmağa hazırlaşır, amma körpə bacısının dünyaya gəlməsi onun bu arzusunu gözündə qoyur. Qızcığaz qısqanclıqdan alışıb-yanır, öz uşaq ağlı ilə hətta körpə bacısını öldürmək qərarına da gəlir. Amma kritik anda Lora kiçik bacısını nəinki öldürmür, hətta əksinə, onu ölümdən qurtarır. Həmin andan etibarən Lora kiçik bacısının qoruyucu mələyinə çevrilir, bütün həyatını ona həsr edir... Amma buna dəyərmi?
“Yük” romanında Aqata Kristinin digər qeyri-detektiv romanlarında müşahidə etdiyimiz həqiqət anı motivləri əlvan boyalarla işlənib. Müəllif bu yarıavtobioqrafik romanında sevgiyə ən müxtəlif prizmalardan baxır. Sevgi böyük yaradıcı qüvvədir, o, çətin vəziyyətlərdə insan təbiətinin ən gözəl cəhətlərini üzə çıxarır. Lakin sevgidə də ifrata varmaq mümkündür. Bunun isə bəzən çox acı nəticələri ola bilər...
Azərbaycan dilində
ISBN: 9789952573169
Orijinal adı: The Burden
Tərcüməçi: Anar Mahmudov
Çap tarixi: 2024
296 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm