Xain ürəyim
Xain ürəyim
Doronun balaca qardaşı ölür və bu yeniyetmə qız həmin gündən etibarən özündə-sözündə olmur. Uzun müddət psixiatriya xəstəxanasında yatır. Acı və müdhiş xatirələrdən qurtulmaq istəyir, bunun üçün əlindən gələni edir. Amma kabuslar, hallüsinasiyalar, qarabasmalar Doronun yaxasından əl çəkmir, onu daim narahat edir, qarabaqara izləyir. Doro və anası başqa bir şəhərə köçürlər. Qız elə bilir ki, səhifəni çevirəcək və təmiz, ağ səhifədə “yazmağa” başlayacaq. Amma bu mümkün deyil. Keçmis ən əzazil, ən usanmaz təqibçidir. Bir neçə həftə qabaq intihar edən, ya da hər kəsi intihar etdiyinə necəsə inandıran bir gənclə qarşılaşanda Doro gördüklərinin xəyalat olub-olmadığını anlaya bilmək üçün təhlükəli, qorxulu yollarla addımlamağa qərar verir, əsrarlı bir axtarışa başlayır. Bəs yeniyetmə qız axtardığını tapa biləcəkmi? Əgər tapsa, tapdığı şeyin gerçək olduğunu əvvəlcə özün, daha sonra başqalarına sübut etməyi bacaracaqmı?
Azərbaycan dilində
ISBN: 9789952573183
Orijinal adı: Mein böses Herz
Tərcüməçi: Cəlil Cavanşir
Çap tarixi: 2024
452 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm