Natamam portret
Natamam portret
Aqata Kristinin “Meri Vestmakot” imzası ilə nəşr edilmiş qeyri-detektiv romanları da var. Onların hamısı, o cümlədən əlinizdəki “Natamam portret” romanı yarıbioqrafik əsərlərdir. Bu əsərlər Aqata Kristinin elə qurduğu süjetləri kimi müəmmalı həyatına işıq tutmaqla yanaşı, həm də maraqlı psixoloji romanlardır, gözəl sevgi hekayətləridir. Yazıçı “Natamam portret” əsərində bir növ özünə kənardan baxır, lap uşaqlığından tutmuş gənclik təravətini itirməyə başladığı vaxtarına qədər hər xəyalını, hər çırpıntısını bizimlə bölüşür. Öz daxili aləminə dalıb gördüklərini qələmə alır. Lakin “Natamam portret” heç də təkcə yazıçının öz portreti deyil. Burada çox maraqlı obrazlar var və şübhəsiz, onlar Aqatasevərlərə çox tanış gələcəklər. Məsələn, yazıçının dünyagörüşünün formalaşmasında ciddi rol oynamış nənəsinin (müəllif onun adını .əkmir, sadəcə Nənə adlandırır) şirin yumoru, insanlara münasibəti ilə azərbaycandilli oxuculara artıq “On üç müəmma” və “Keşiş evində qətl” romanlarından yaxşı tanış olan miss Marplı xatırladacaq. Bəli, miss Marpl obrazının birinci prototipi Aqatanın nənəsi olub. Müəllif yenə öz ampluasındadır: o, oxucunu ilk cümlələrdən ovsunlayıb kitaba bağlayır, ondan ayrılmağa qoymur və möhürü yalnız sonda vurur.
Azərbaycan dilində
ISBN: 9789952563337
452 səhifə
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm