Gecə qurdlarındır
Gecə qurdlarındır
Saymonun bəxti gətirib, ya bəxt ondan üz döndərib? Valideynləri avtomobil qəzasında ölüb, amma o necəsə sağ qalıb. Buna görə də özünü bağışlaya bilmir, sağ qalmaq, yaşamaq onun cəzasına çevrilir, kabuslar, qarabasmalar ona aman vermir. Həyatı onsuz da çətin idi və başına belə bir faciə gəlmişdi. Bir müddət müalicə alıb xəstəxanadan çıxandan sonra bibisi ilə qardaşının yanına gedir. Amma yeni həyatına heç cür öyrəşə bilmir. Ən pisi isə dəhşətli kabusların gerçəyə çevrilməsidir. Saymonu bürüyən müdhiş və əsrarlı qaranlıqda gözləri par-par parıldayan, onu qarabaqara izləyən xain məxluq artıq oyanıb... Yeniyetmə bir qızın yoxa çıxması hadisələrin başlanğıcıdır. Kimsə qətl törədib. Qatil yenə öldürmək istəyir... Növbəti qurban Saymondurmu? O özünü xilas edə biləcəkmi? Qatilin kim olduğunu tapacaqmı? Yaxşı ki, Karo var. Onun yeganə dostu, arxa-dayağı... Onu başa düşən yeganə insan... Bu qeyri-adi qız olmasaydı, Saymon, yəqin ki, çox darıxar, təklənər, hər şeydən qorxar, azıb qalardı...
“Vulf Dorn sizi də, beyninizin dərinliyindəki qarabasmaları da yaxalamağı çox yaxşı bacarır”.
Pol Kliv
“Qaranlıq, qorxuducu, hər səhifəsində insanı şaşırdan, oxucunun ağzını açıq qoyan bir triller...”
CBT
“Vulf Dorndan yeni bir şah əsər... Oxucuları heyran edəcək...”
“Frankfurter Stadtkurier”
Azərbaycan dilində
ISBN: 9789952573299
Orijinal adı: Die Nacht gehört den Wölfen
Tərcüməçi: Cəlil Cavanşir
Çap tarixi: 2024
368 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm