Qara yol
Qara yol
"...Dolabın içində qorxudan büzüşüb titrəyərkən, çətinliklə nəfəs alarkən anamın asqıdakı paltarları üzümə toxunaraq məni sanki oxşayırdı. Bu toxunuş mənə həmişə əzab verirdi. Bambuk yarpaqları da üzümə toxunanda özümü eləcə, dolabdakı kimi hiss edirəm. O paltarların yenidən üzümü oxşadığını duyuram..."
Psixoloji triller janrında yazılmış bu detektiv əsərdə əsas qəhrəmanlardan biri - Jak Reverdi ziddiyyətli cani-şəxsiyyət obrazı kimi müxtəlif rakurslardan işıqlandırılır. Onun idmanın suya dalma növü üzrə çempion olduğu mərhələyə qədərki yaşantıları və böyük idmandan ayrılandan sonrakı taleyi qəfil alışıb-yanan, dərhal da sönən təsirli səhnələr fonunda qələmə alınmışdır.
"Qaranlıq dolab"..."Tez gizlən, ata gəlir!"...Bunlar Jakın taleyindən qara xətt kimi keçərək həyata "vəsiqə almış" anlamlardır. Ruhuna hakim kəsilən, zehnini zəhərləyən və kabusa çevrilərək bütün həyatını izləyən bu məfhumlar, əfsus ki, onun qorxunc uşaqlığının, arzuolunmaz analı illərinin "yadigar"ıdır.
Yazıçı qəhrəmanının xarakterinin açılmasına kömək kimi bir jurnalist-müxbirin - uşaqlığı, gəncliyi Reverdidən heç də "mülayim" və asan keçməyən Markın səy və bacarıqlarını, peşəsi uğrunda hansı risklərə getdiyini sadə faktlarla təsvir edir.
Bu iki şəxsin sanki yaxınlaşan psixoloji durumu əsərin finalına doğru aydın səmada şimşək effekti yaradır. Onların oxşar sonluğu - əslində özlərinin heç təsəvvür də etmədiyi psixoloji uyğunluqlarının təsdiqi faktı narahat nəfəsi getdikcə daha çox duyulan "vulkan"partlayışının son nidası olur.
Azərbaycan dilində
ISBN: 9789952494778
424 səhifə
Yumşaq üz qabığı
Ölçü: 147x210 mm