Bu günün marketinqi 4
Bu günün marketinqi 4
Koronavirus pandemiyasının davam etdiyi, qorxunc virusun az qala hamını evə qapatdığı, məhdudiyyət və çətinliklərin bir-birinə calandığı, insanların bir-birindən sözün əsl mənasında uzaq qaçmağa məcbur qaldığı, əlindəkini sərmayə qoymaqdansa “qaragün” üçün bərk-bərk saxlamağa çalışdığı bir şəraitdə biznesin halından danışmaq ilk baxışda bəlkə də yersiz görünür. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır... Amma yox. Məsələyə bir də yeni fürsətlər nöqteyi-nəzərindən baxanda gözümüz önündə tam başqa mənzərə canlanır. Məlum olur ki, böhran iqtisadiyyat üçün əslində immuniteti gücləndirən bir vasitədir. Görəsən, niyə?... Evdən işləməyin doğrudanmı inanılmaz üstünlükləri var? Bəs çatışmazlıqları necə?... Karantin dövründə bir əldə iki də yox, beş qarpız tutmaq olarmı?... Biznes sahələri postpandemiya erasına necə hazırlaşsın?... Marketinq zəkasından necə istifadə etmək
lazımdır?... Böhran zamanı alternativ marketinq nə deməkdir?...Adamların küçələrdən yığışıb mobil cihazların içinə “sığışdığı” bir vaxtda küçə reklamları gərəkdirmi?... Şirkətlər yəhudilərə xas biznes qaydalarına keçsə, qazancları çox olar, yoxsa itkiləri?... Müştəri etiraz edəndə nə etməli?... Biznes adamları bu suallarla bəlkə də hər gün üzləşir və onlara cavab verməkdə bir çox hallarda çətinlik çəkir. Müasir marketinq, reklam, biznes və menecment təcrübəsindən bəhs edən “Bu günün marketinqi 4” kitabında bu sualların hamısına dolğun cavablar tapacaqsınız. Aparıcı şirkətlərdə çalışan 68 peşəkarın 243 yazısının biznes adamları, habelə bu sahə ilə maraqlanan hər kəs üçün faydalı olacağına əminik.
Azərbaycan dilində
ISBN: 9789952540369
672 səhifə
Yumşaq üz qabığı
Ölçü: 145x218 mm