Səxavət dünyasının sərvəri
Səxavət dünyasının sərvəri
O, 10 yaşında tikintidə usta yanında işləməyə başladı, bir müddət ticarətlə məşğul oldu, nəhayət, 40 yaşından sonra milyonçuya, iri sahibkara çevrildi. Lakin öz var-dövlətini heç vaxt bütə çevirmədi, onu xalqına sərf etdi. Müstəqil milli dövlətin mövcud olmadığı bir dövrdə öz fəaliyyəti ilə bir dövlətin görə biləcəyi işləri gördü. Sənaye müəssisələri açdı, iş yerləri yaratdı, yerli iqtisadiyyatın inkişafına təkan verdi. Azərbaycanda xeyriyyəçilik və mesenatlıq hərəkatının lideri kimi millətin qayğısına qalaraq məktəblər açdı, yüzlərlə gəncin təhsil almasına yardım göstərdi, mətbuatı, teatrı himayə etdi, ehtiyacı olanlara əl tutdu. O, millətinin gələcəyini düşünən, həmin gələcək üçün çalışan bir şəxsiyyət olub. Vəfatından 100 il keçsə də, onun adı və əməlləri bugünədək unudulmayıb, qədirbilən xalqının yaddaşında əbədi həkk olunub.
Azərbaycan dilində
ISBN: 9789952573466
Çap tarixi: 2024
352 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 145x205 mm