Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr
Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr
Bu kitab Heydər Əliyevin çoxillik titanik fəaliyyətindən, onun hansı keyfiyyətlərinə görə Azərbaycan xalqının Ümummilli lideri hesab olunmasından bəhs edən bir kitabdır. Sovet dövründə azərbaycanlı siyasətçilərin və ziyalıların iki tipi formalaşmışdı. Onlardan bəziləri Moskvanın iradəsinə tabe olaraq xalqın ruslaşdırılması və milli maraqların kommunist ideologiyasına tabe etdirilməsi siyasəti ilə razılaşırdı. Lakin azərbaycanlı siyasətçilərin və ziyalıların başqa bir tipi də var idi. Onlar mövcud vəziyyətlə əlaqədar sovet dövləti və kommunist partiyası strukturları ilə əməkdaşlıq etsələr də, öz qarşılarına xalqın maraqlarını müdafiə etmək, milli şüuru daha da inkişaf etdirmək və gücləndirmək kimi ali məqsədlər qoymuşdular. O zamanlar kommunist partiyasına üzv ola da bilərdin, olmaya da bilərdin, amma bu partiyanın, sovet hakimiyyətinin çox sərt tələb və məhdudiyyətlərinin olduğu şəraitdə öz xalqına xidmət etmək, onun milli maraqlarını qorumaq, demək olar ki, mümkün deyildi. Bunu yalnız ikinci tipə mənsub siyasət.ilər bacarırdı. Heydər Əliyev onların ən parlaq nümayəndəsi idi. Onilliklər boyu hakimiyyətdə olan bu dahi şəxsiyyət öz həyatını milli maraqlar uğrunda mübarizəyə həsr edib, Sovet İttifaqının beynəlmiləlçilik ideologiyasının sərt tələbləri çərçivəsində Azərbaycan xalqının milli şüurunun güclənməsinə nail olub. Bir neçə onillik ərzində yüksək dövlət vəzifələrində çalışan Heydər Əliyev bu fəaliyyəti sayəsində həm öz xalqı, həm də dünyanın aparıcı siyasi xadimləri arasında böyük nüfuz qazanıb.
Azərbaycan dilində
ISBN: 9789952563276
200 səhifə
Yumşaq üz qabığı
Ölçü: 145x205 mm