İnamın gücü
İnamın gücü
Azərbaycanın müasir dövr tarixinə zaman və şəxsiyyət kontekstindən özünəməxsus yanaşmanın məhsulu olan əsərdə XX əsrin sonlarından indiyə qədərki hadisələr təhlil süzgəcindən keçirilir, proseslərə obyektiv ictimai-siyasi şəraitin diktə etdiyi tələblərnöqteyi-nəzərindən qiymət verilir.
Bir neçə onilliyi əhatə edən dövrün salnaməsi sayılan əsərin ana xəttini belə bir fikir təşkil edir ki, tarixi istənilən halda böyük şəxsiyyətlər yaradır. Müəllif məhz bu məqamdan çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərqərar olmasında və möhkəmlənməsindəki müstəsna rolunu müstəqillik ideyasının yaranması və reallaşması prizmasından nəzərdən keçirir.
Üç bölümdən ibarət olan kitaba müəllifin müxtəlif dövrlərdəki çıxışları və müsahibələri daxil edilib. Birinci bölümdə Heydər Əliyevin Azərbaycan üçün çox çətin sınaqlar dövrü olan 80-ci illərdəki fəaliyyətinin mahiyyəti açılır, bu böyük azərbaycanlının məkrli qüvvələrə qarşı mübarizəsindən bəhs olunur. İkinci bölümdə Ümummilli liderin dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsindəki xidmətləri geniş təhlil edilir, Azərbaycanı sabitliyə və rifaha qovuşduran Heydər Əliyev yolunun alternativsizliyi fikri əsaslandırılır. Üçüncü bölümdə isə müəllifin aktual ictimaisiyasi hadisələrə dair baxışları əks olunur. Kitabda müəllifin şahidi və iştirakçısı olduğu tarixi hadisələrlə bağlı xatirələri, şəxsi arxivindən olan və ilk dəfə dərc edilən nadir fotoşəkillər yer alır.
Azərbaycan dilində
ISBN: 9789952310429
283 səhifə
Yaş Kateqoriyası: 16+
Bərk üz qabığı
Ölçü: 155x235 mm