Başa gələr nələr, nələr
Başa gələr nələr, nələr
Ali təhsil almaq üçün ilk dəfə xarici ölkəyə yollanmış təcrübəsiz bir gəncin başına nələr gəlir? Tale onun rastına hansı maraqlı, həyəcanlı, baməzə və təhlükəli hadisələr çıxarır? Müstəqil həyata yenicə atılmış bu gənc yad dildə danışan, yad mədəniyyət, fərqli adət-ənənə və dinin hökm sürdüyü cəmiyyətdə təmkinini itirmədən qəribə və dolaşıq hadisələrin öhdəsindən necə gəlir? Başına gələnlər onun hisslərinə, qərarlarına, ən əsası isə xarakterinə necə təsir göstərir?
Səməd Səfərlinin avtobioqrafik bədii nəsr janrında qələmə aldığı bu kitabda Rusiya və Birləşmiş Krallıq universitetlərində oxuyub iş həyatına başlamış baş qəhrəmanın dilindən rəngarəng macəralar nəql edilir. Əyləncəli və yumoristik üslubda yazılmış sərgüzəştləri oxuyarkən gözlənilməz olaylara baş qəhrəmanla birlikdə heyrətlənəcək, məzəli məqamlara güləcək, qəliz vəziyyətlərdən narahat olacaq, uğursuzluqlara tuş gəlincə kədərlənəcək, nikbin epizodlarda isə sevinəcəksiniz.
Kitabdakı hekayələr insanı pozitiv olmağa, başa gələ biləcək hər cür əhvalatları müsbət ovqatda qəbul edib onları hafizələrdə yaşayacaq xoş xatirələrə çevirməyə səsləyir.
Azərbaycan dilində
ISBN: 9789952573398
Çap tarixi: 2024
256 səhifə
Yaş Kateqoriyası: 16+
Yumşaq üz qabığı
Ölçü: 120x185 mm