Hitler: insan, yoxsa şeytan?

  • Hitler: insan, yoxsa şeytan?
    Hitler: insan, yoxsa şeytan?
    Hitler: insan, yoxsa şeytan?

Hitler: insan, yoxsa şeytan?

Hitler kimdir? Çoxumuz elə düşünə bilərik ki, Hitlerin kim olduğunu yaxşı bilirik. Ancaq ilk baxışda belədir. İndiyədək oxuduğumuz kitablardan, saysız-hesabsız qəzet-jurnal məqalələrindən, baxdığımız filmlərdən biz yalnız Hitlerin yürütdüyü irqçilik siyasətini, bu idbar siyasətin qurbanı olan milyonlarla günahsız insanın taleyini, onun Avropa ölkələrini zəbt etməsini və əlbəttə, SSRİ-yə qarşı müharibəni öyrənmişik. Fürerin əsl təbiəti, daxili dünyası, intim həyatı, dini inancı kimi məsələlər isə hələ də sirr olaraq qalır. Bu sirri hətta Nürnberq prosesi də aça bilmədi.

Məşhur fransız yazıçısı, tarixçi və publisist, gizli ezoterik elmlərlə məşğul olan Fransua Ribado Düma oxuculara Adolf Hitlerin şəxsiyyətinin indiyədək aşkar olunmamış bir tərəfini təqdim edir. Bəşər tarixinin ən qaniçən diktatorunun həyatını doğulduğu gündən öldüyü günədək izləyən müəllif nasistlərin arxivlərindən tapılmış tam məxfi sənədləri, adlarını bildirmək istəməyən şahidlərin dediklərini, Hitlerin yaxın məsləkdaşlarının gündəlik və memuarlarını, eləcə də şəxsən özünün apardığı araşdırmaları əsas tutaraq, oxucunu sözün əsl mənasında şoka salan, tayı-bərabəri olmayan sənədli bioqrafiyanı təqdim edir. O, sübut edir ki, alman xalqının, eləcə də bir çox başqa xalqların pərəstiş etdiyi, ərəblərin, ümumən müsəlmanların Məhəmməd peyğəmbərdən sonra ikinci müqəddəs insan saydığı, Göydə Allahdır, yerdə Hitler deyib səcdə etdiyi III Reyx kansleri adi adam yox, Tule gizli satanist sektasının üzvü imiş. O, qara cadu ilə məşğul olan, bütün qərarlarını ətrafına topladığı məşhur cadugərlərin məsləhəti ilə qəbul edən, daim şər ruhlarla əlaqədə olan, Tanrını inkar edib ruhunu şeytana satmış qorxunc bir insan olub.

Sadə dillə yazılan, ilk səhifəsindən sonadək birnəfəsə oxunan, yalnız və yalnız ciddi tarixi sənədlər və canlı şahidlərin dedikləri üzərində qurulan bu misilsiz əsər Hitleri oxucuya tam başqa prizmadan göstərir. Bu əsəri oxuyandan sonra heç kim nə İkinci Dünya müharibəsinə, nə də bu dəhşətin müəllifi olan Hitlerə əvvəlki gözlə baxmayacaq.

Azərbaycan dilində

Fransua Ribado Düma

ISBN: 9789952540284

456 səhifə

Yumşaq üz qabığı

Ölçü: 120x185 mm

Qiymət: 13.90 AZN

BU KATEQORİYAYA AİD KİTABLAR

Azadəlik carçısı kitabı, əsəri, nəşri, çap məhsulu

Azadəlik carçısı

Fəridə Əzizova
ISBN: 9789952563344
Qiymət: 14.90 AZN
Ətraflı »
Başa gələr nələr, nələr kitabı, əsəri, nəşri, çap məhsulu

Başa gələr nələr, nələr

Səməd Səfərli
ISBN: 9789952573398
Qiymət: 9.90 AZN
Ətraflı »
Bir ömür iki tale kitabı, əsəri, nəşri, çap məhsulu

Bir ömür iki tale

Şain Sinaria
ISBN: 9789952532890
Qiymət: 24.99 AZN
Ətraflı »
Böyük insan haqqında xatirələr kitabı, əsəri, nəşri, çap məhsulu

Böyük insan haqqında xatirələr

Vilayət Quliyev
ISBN: 9789952563320
Qiymət: 7.90 AZN
Ətraflı »
Çətin seçimlər kitabı, əsəri, nəşri, çap məhsulu

Çətin seçimlər

Hillari Klinton
ISBN: 9789952310191
Qiymət: 26.60 AZN
Ətraflı »