44 Fəsil
44 Fəsil
Bu kitab Azərbaycan tarixinə əbədi yazılacaq 44 günün
möcüzələrindən bəhs edir. 44 günün möcüzələri deyəndə
göz önünə Vətən müharibəsi, torpaqlarımızın azadlığı,
müqəddəs amallar uğrunda canından keçən əziz şəhidlərimizin
misilsiz qəhrəmanılığı, igid qazilərimizin düşmənə
dərs olan şücaəti, rəşadətli Azərbaycan Ordusunun
dünya hərb tarixinə yazılacaq parlaq qələbəsi və bu arzuların
çin olması üçün Ali Baş Komandanın müdrik sərkərdə
istedadına güvənərək, onun rəhbərliyi altında yumruq
kimi birləşərək, düşmənin başına “Dəmir yumruq”
endirən Azərbaycan xalqının dəyanəti gəlir təbii ki...
Kitaba daxil edilmiş hekayələri oxuduqca haldan-hala
düşəcək, gah sevinib fərəhlənəcək, gah da mütəəssir olub
kövrələcəksiniz. Burada müxtəlif müəlliflərin hərəyə
bir hekayəsi olmaqla 44 əsər toplanıb. Bu hekayələrdə
44 günlük müqəddəs savaşın ayrı-ayrı epizodlarının,
şəhid, qazi və əsgər valideynlərinin, döyüşçülərin, əzizlərini
Vətən uğrunda döyüşə yola salmış insanların hiss
və həyəcanlarının hər müəllifin özünəməxsus istedad və
ustalıqla qələmə aldığı bədii təsvirini görəcəksiniz. Bu
kitab dünyada dillərdə dastan olmuş 44 günlük savaşda
xalqımızın gücünü və rəşadətini vəsf etmək yolunda bir
töhfədir, möhtəşəm Qələbəmizə bir heykəldir. İnanırıq
ki, bu yazı abidəsi oxucuların zövqünü oxşayacaq.
Azərbaycan dilində
ISBN: 9789952540345
368 səhifə
Yumşaq üz qabığı
Ölçü: 130x198 mm