Uşağınız 3 yaşından 7 yaşınadək: intensiv tərbiyə
Uşağınız 3 yaşından 7 yaşınadək: intensiv tərbiyə
Uşağınız böyüyüb? O, artıq danışır, oxuyur, dünyanı fəal surətdə dərk edir, siz də onun daha böyüdüyünü və müstəqil olduğunu düşünürsünüz? İnanın ki, belə deyil! Onun sizin köməyinizə, dəstəyinizə və müdafiənizə elə əvvəlki qədər ehtiyacı var. Bu müddət ərzində uşağın həyatında ciddi dəyişikliklər baş verir: o, yaşıdları ilə daha fəal ünsiyyət qurmağa başlayır, əvvəl uşaq bağçasına, sonra məktəbə gedir. Bu səbəbdən də valideynlərinin ona anlayışla yanaşması çox vacibdir!
Larisa Surkova bu kitabında uşağın məlum yaş dövrü ilə bağlı bir çox aktual məsələləri ön plana çəkir:
- uşağı necə tərifləməli və həvəsləndirməli;
- isterikaya necə reaksiya verməli;
- qida davranışının pozulması problemini necə aradan qaldırmalı;
- uşaq bağçasını və məktəbi necə seçməli;
- uşağa məktəbə uyğunlaşmaqda necə yardım etməli;
- uşağı dərnəklər və s. ilə "həddən artıq yükləməmək" üçün nə etməli...
Müəllif bu əsərdə hər bir valideyni maraqlandıran vacib suallara cavab verir. Kitab uşaqlarını düzgün tərbiyə etmək istəyən ata-analar üçün nəzərdə tutulub.
Azərbaycan dilində
ISBN: 9789952520583
144 səhifə
Yumşaq üz qabığı
Ölçü: 126x177 mm