BLOQ
Cavi Danın “Məhsəti” romanı haqqında Şərif Ağayarın yazdığı “Xərabət əhli” yazısı
26.02.2019Ədəbiyyatın min illər boyu pozulmayan yeganə qızıl qaydası mətnin bədii həllidir. Əgər bu, yoxdursa, heç nədən danışmağa dəyməz. Bəzən baxırsan, bir əsərdə danışılacaq hər şey var: forma, məzmun, ideya, ana fikir və s. Bəzi tənqid və təhlilçilər oturub bu məziyyətlərdən uzun-uzadı yazırlar. Mətnlə tanış olanda görürsən, yazılanlar doğrudur, ancaq ortada ədəbiyyat yoxdur.
Şərq qissəsinə alternativ baxış – Cəlil Cavanşir yazır
31.01.2019Şərq ədəbiyyatında kifayət qədər məşhur olan və müraciət edilən "Şeyx Sənan” mövzusu Azərbaycan ədəbiyyatında da müxtəlif səpkilərdə işlənmişdir. Bizə məlum olan yazılı ədəbiyyatda "Şeyx Sənan” mövzusuna ilk dəfə müraciət edən Fəridəddin Əttar Nişapuridir. Əttarın "Məntiqüt-teyr” ("Quşların söhbəti”) məsnəvisinin həcmcə ən böyük hekayati "Şeyx Sənan”dır. (Bəzi araşdırmaçılar "Şeyx Sənan”ı müstəqil əsər kimi təqdim edir.)
Bu məşhur əhvalatın Azərbaycan mədəniyyətinə də təsiri danılmazdır. Dastanlarımızda, el şairlərinin və aşıqlarının yaradıcılığında Şeyx Sənan mövzusu xatırlanır. Bəstəkar Üzeyir Hacıbəyovun "Şeyx Sənan” operası, Hüseyn Cavidin "Şeyx Sənan” faciəsi və yazıçı Fəxri Uğurlunun "Şeyx Sənan” hekayəsi bu mövzuda yaranmış ən maraqlı sənət nümunələridir.
Bu günlərdə "Şeyx Sənan” mövzusunda daha bir əsər nəşr olunub. Bu dəfə Şərqin unudulmaz hekayətinə yazıçı Sahilə YaYa (İbrahimova) "Şeyx” romanı ilə müraciət edib.
Hamiləlikdə və doğuşdan sonra düzgün qidalanma haqqında kitab!
05.12.2018Qeyd etmək lazımdır ki, “İkimiz Üçün Yeməliyəm” kitabı hamilələr üçün toplanmış bir resept kitab deyil. Burada hamiləlikdə qidalanmaya dair ümumi qaydalar, əsas prinsiplər, ziyanlı vərdişlərə dair biliklər paylaşılıb. Həmçinin qadınları ən çox narahat edən hamiləlikdə yığılan artıq çəkiyə dair ətraflı məlumat verilir. Vacib məsələlərdən biri, hamiləlikdə əsas qidalandırıcı maddələrin qəbuludur ki, kitabda geniş şəkildə öz əksini tapır: hansı vitaminlər və minerallar lazımdır və mənbələri, ərzaqların keyfiyyətinə diqqət yetirmək və düzgün hazırlayıb istehlak etmək və s.
Müharibənin bitməsi üçün yazıçı öldürülməlidir - Qismət Rüstəmov yazır...
26.11.2018“Qaranlıqda tənhayam. Geniş Amerika biyabanlığının bəyaz gecələrinin birində yenə yuxusuzluqla əlləşir, bir yandan da öz-özümə dünyanın işlərini çək-çevir edirəm. Yuxarı mərtəbədə qızım və nəvəm hərəsi öz otağında yatıb, onlar da tənhadırlar… ” Bu kiçik, eksiztensial parçadan çox şey aydın olur: 1) roman birinci şəxsin dilindən nəql edilir; 2) təhkiyəçi yuxusuzluqdan əziyyət çəkir; 3) eyni evdə qızı və nəvəsi ilə birgə yaşasa da, onlar bir yerdə yaşayan tənhalardır, demək, hərəsinin bir hekayəti var…
32 dişdən 32 hərfə... ˝Edqar Podan Etqar Keretə qədər˝ kitabı barədə Qismət Rüstəmov yazır...
20.11.2018Edqar Po dünyada ilk dəfə bir həmkarının – Nataniel Houtornun hekayələri haqqında məqalə yazaraq, həmin dövrdə çox da ciddi qəbul edilməyən bu janrla bağlı analitik müzakirələri də başladan adamdır. Bu mənada kitabın onun hekayəsi ilə açılması təsadüfi deyil.
Kitabda 32 müəllifin hərəsindən bir hekayə olmaqla 32 hekayə var: Edqar Po kimi janrın klassiklərindən tutmuş çağdaş dövrün ən yaxşı hekayəçilərindən sayılan Etqar Keretə qədər xronoloji ardıcıllıq üzrə tərtib edilən bu hekayə antologiyasında dünya hekayəçilik təcrübəsinin təxminən 200 illik dövrünün subyektiv bir perspektivi təklif olunur. Məcazi desək, 32 dişdən 32 hərfə...
“Uşaq psixologiyası yoxdur. İnsan psixologiyası var”- Mehtap Kayaoğlunun kitabı barədə...
14.11.2018Valideyn-uşaq münasibətlərində problemlərə şahid olduqca bir sual məni düşündürür.
Görəsən, uşaq böyütmək bu qədər məşəqqətli işdir, yoxsa indiki dövrdə valideyn olmaq çətinləşib? Uşaq və yeniyetmə terapevti Mehtap Kayaoğlununun “Özü-sözü gözəl uşaq” kitabında bəzi suallarıma cavab tapa bildim.