Xülya Sabirli
Xülya Sabirli
Xülya Rabil qızı Sabirli 1992-ci ildə anadan olub. Bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində başa vurub, sonra AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantura pilləsini bitirib. Həmçinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin idarəedilməsi” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramında təhsil alıb. Jurnalist, teleaparıcı, tərcüməçi, ictimaiyyətlə əlaqələr üzrə menecer kimi çalışıb. Hazırda ADNSU-nun nəzdindəki Azərbaycan-Fransız Universitetində ictimaiyyətlə əlaqələr üzrə menecer və ADA Universitetində müəllim kimi fəaliyyət göstərir. Gənc yaşlarından bədii yaradıcılıqla məşğuldur. Üç bədii əsərin müəllifi dir. “Külək – Yel kürəsinin şahzadəsi” əsəri 2018-ci ilin bestselleridir. “Külək – Bozqurdun sirri” və “Şuşalı superqəhrəman Qaya” adlı əsərləri də oxucular tərəfindən maraqla qarşılanıb.