Vulf Dorn
Vulf Dorn
Müasir dövr alman yazıçısı Vulf Dorn əsərləri hazırda təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı "Psixiatr"la məşhurlaşıb. Debüt əsəri ona böyük şöhrət qazandırıb. Müəllif bu əsəri sayəsində Almaniyanın psixoloji triller janrında yazan ən populyar romançıları siyahısına düşüb. Daha sonralar qələmə aldığı "Şizofrenik" , "Xain ürəyim", "Oyunbaz", "Fobiya" kimi romanları ilə qısa müddətdə bütün dünyada geniş oxucu kütləsi toplayan Vulf Dornun əsərləri 10-dan çox dilə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.