Səməd Səfərli

Səməd Səfərli

Səməd Səfərli

SƏMƏD SƏFƏRLİ yazıçı, tərcüməçi və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hekayələri Azərbaycan, Türkiyə, ABŞ və Birləşmiş Krallığın mətbuatında dərc edilib. “Üçbucaq” adlı hekayələr kitabı 2010-cu ildə işıq üzü görüb. İtalyan yazıçı Antonio Tabukkinin “Pereyra iddia edir” romanı onun tərcüməsində 2012-ci ildə Azərbaycan dilində çap edilib.

2005-2010-cu illərdə Rusiya və Birləşmiş Krallıqda ali təhsil alarkən “525-ci qəzet”in müxbiri olub. Sözlərin etimoloji kökü haqqında yazdığı “Kəlməbaz” adlı silsilə məqalələr “525-ci qəzet”də dərc edilib. 2007-ci ildə “Molla Nəsrəddin Moskvada” pyesini yazaraq tələbə yoldaşı ilə birgə Moskvadakı Azərbaycan etno-mədəni komponentli məktəbdə səhnələşdirib və tamaşada aktyor kimi iştirak edib. 2013-cü ildə Birləşmiş Krallıqda azərbaycanlı gənclər arasında koordinasiyanı gücləndirmək, Azərbaycan mədəniyyətinin təbliği sahəsində əməkdaşlığı genişləndirmək və təcrübə mübadiləsi aparmaq məqsədilə “Birlik” adlı aylıq ictimai-mədəni gənclik qəzetini təsis edib və onun baş redaktoru olub.

www. s a m a d s a f a r l i . c o m

MÜƏLLİFİN KİTABLARI

Başa gələr nələr, nələr kitabı, əsəri, nəşri, çap məhsulu

Başa gələr nələr, nələr

Səməd Səfərli
ISBN: 9789952573398
Qiymət: 9.90 AZN
Ətraflı »