Fərhad Cabbarov
Fərhad Cabbarov
2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, tarix elmləri doktorudur (2023). 18 kitabın (5-i həmmüəllifliklə), 120-dən çox elmi və elmi-populyar məqalənin müəllifi dir. Elmi tədqiqat dairəsi Azərbaycanın yeni və ən yeni dövr tarixini əhatə edir. 2009-cu ildə “Sovet Rusiyasının siyasətində Bakı nefti amili (1917-1922)” adlı ilk monoqrafi yası (rus dilində) işıq üzü görüb. Azərbaycan tarixşünaslığında az öyrənilmiş bir çox məsələlərin ilk dəfə tədqiq olunduğu bu kitab “Hədəf – Bakı: “qara qızıl” uğrunda mübarizə. 1917-1922” adı ilə 2021-ci ildə ana dilimizdə nəşr edilib. Rusiya imperiyasının Şimali Azərbaycanda milli siyasətini və 1905-1906-cı illərdəki kütləvi qırğınları araşdıran tarixçi alim bu mövzu üzrə çoxsaylı arxiv materiallarını ilk dəfə elmi dövriyyəyə gətirib, tarixdə birinci erməni-azərbaycanlı münaqişəsi haqqında fundamental araşdırmalar aparıb. Alimin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqında apardığı axtarışlar, yeni tapıntılar xüsusi maraq doğurur. Onun bu mövzudakı əsərləri tağıyevşünaslığa mühüm yeniliklər gətirib.